Azərbaycanda süni intellektin tətbiq edildiyi sahələrin genişlənməsi gözlənilir.
5 il sonra AI 85 milyon iş yerini əvəz edəcək: Gələcəkdə bizə nə qalacaq?
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
F. Cəfərov süni intellektin dinamik inkişaf etdiyini vurğulayıb: “Artıq ölkədə bir sıra sektorlar süni intellekti tətbiq edir. Dünyada bu texnologiya səhiyyə sahəsində də geniş istifadə olunur. Məsələn, süni intellekt proqramları rentgen analizlərinin nəticələrini oxuya bilir”.
O əlavə edib ki, süni intellekt sürətlə inkişaf edən bir sahədir: “Texnologiyanın inkişafı iş yerlərinin azalmasına deyil, əksinə, artmasına səbəb olur. Süni intellektin arxasında böyük məlumat bazası dayanır və bu bazalar böyüdükcə həmin sahədə yeni ixtisaslar yaranır”. (Report)