Süni intellekt (AI) sənayelərin fəaliyyətini köklü şəkildə dəyişdirən əsas texnologiyalardan birinə çevrilir. Lakin bu inkişafa mühüm bir sual da müşayiət edir: Süni intellekt insan işlərini əvəz edəcəkmi?
Baş nazir: "Azərbaycanın süni intellekt strategiyası hazırlanır"
FED.az xəbər verir ki, proqnozlara görə, 2030-cu ilə qədər AI əmək bazarında misli görünməmiş dəyişikliklərə səbəb ola bilər. Araşdırmalar göstərir ki, önümüzdəki onillikdə ABŞ-da iş yerlərinin təxminən 30%-i süni intellektdən təsirlənəəck.
Bu gün AI əsaslı proqramlar artıq məlumat təhlili, cədvəllərin tərtib olunması və müştəri xidmətləri kimi funksiyaları yerinə yetirə bilir. Bu isə yalnız fiziki əmək tələb edən sahələrdə deyil, eyni zamanda ofis işlərində də ciddi dəyişikliklərə gətirib çıxarır.
Dünya İqtisadi Forumu (WEF) tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, 2025-ci ilə qədər AI və robot texnologiyaları 85 milyon iş yerini əvəz edəcək, eyni zamanda 97 milyon yeni iş yeri yaradacaq.
2030-cu ilə qədər AI-nin əvəz edəcəyi 15 peşə :
Süni intellektin sürətli inkişafı bəzi peşələrin avtomatlaşdırılmasına gətirib çıxaracaq. 2030-cu ilə qədər AI-nin əvəz etməsi gözlənilən əsas iş sahələrinə nəzər salaq:
1. Data daxil etmə operatorları – Təkrarlanan və qaydalara əsaslanan bu işlər AI tərəfindən daha sürətli və dəqiq yerinə yetirilir.
2. Telefonla satış mütəxəssisləri – AI chatbot-ları və virtual köməkçilər insan əməyini əvəz etməyə başlayıb.
3. Resepsionerlər – Avtomatlaşdırılmış qeydiyyat və görüş təyinat sistemləri otel və ofislərdə yayılır.
4. Müştəri xidmətləri nümayəndələri – AI əsaslı chatbot-lar getdikcə daha çox sorğuları cavablandırır.
5. Mühasibat işçiləri – AI əsaslı proqramlar maliyyə əməliyyatlarını və hesabatları avtomatik icra edir.
6. Kassirlər – Ödəniş terminalları və AI əsaslı mağazalar ənənəvi kassirləri əvəz edir.
7. Sürücülər – Avtonom nəqliyyat vasitələri yük və sərnişin daşımada insan sürücülərə ehtiyacı azaldır.
8. Redaktor və korrektə mütəxəssisləri – AI yazıları yoxlamaqda daha sürətli və dəqiq olur.
9. İstehsalat işçiləri – Robotlar və AI əsaslı sistemlər fabriklərdə insan əməyini azaldır.
10. Çatdırılma sürücüləri – Dronlar və AI əsaslı çatdırılma sistemləri bu sahədə iş yerlərini azalda bilər.
11. Mühafizəçilər – AI əsaslı müşahidə sistemləri təhlükəsizlik işçilərinin rolunu minimuma endirir.
12. Bazar araşdırma analitikləri – AI trend və istehlakçı davranışını insanlardan daha tez təhlil edir.
13. Əczaçılar – AI əsaslı sistemlər dərman təyinatı və inventar idarəçiliyini avtomatlaşdırır.
14. Hüquq köməkçiləri – AI sənəd analizi və müqavilə incələməsini avtomatlaşdırır.
15. Maliyyə analitikləri – AI bazar analizləri və investisiya tövsiyələrini insanlardan daha sürətli və dəqiq yerinə yetirir.
Bu sahələrdə çalışan insanlar AI-nin gətirdiyi dəyişikliyə uyğunlaşmalı və yeni bacarıqlar qazanmalıdırlar.