«Facebook» sentyabrın 14-dən etibarən yeni funksiyanı istifadəyə verib.
Eləcə də bax: Son bir ildə «Facebook»un səhmləri - 66% BAHALAŞIB – SON QİYMƏT
FED.az xəbər verir ki, bu funksiyanın köməyi ilə istifadəçilər «Messenger» vasitəsilə birgə videolara baxa biləcəklər. «Watch Together» adlanan funksiya hələlik mobil qurğuda 8 nəfərin, «Messenger» otaqlarında isə 50 nəfərin eyni anda videoya baxmasına imkan verir.
Qeyd edək ki, «COVID-19» səbəbindən oxşar xidmətlərə tələbat kəskin artıb. Bunnula yanaşı, bildirilir ki, «Facebook» sözügedən funksiya üzərində artıq 2 ildir işləyir. İlk mərhələdə yeni versiya Android və iOS sistemlərində işləyəcək, daha sonra bu web-versiyada da əlçatan olacaq.
Yeni funksiyadan istifadə etmək üçün istifadəçilər ilk növbədə «Messenger»-də videozəngə daxil olmalı və açılan paneldə müvafiq funksiyanı seçməlidirlər.
Açılan interfeysdə istifadəçilər birgə baxmaşq üçün videonu seçə bilərlər. «Facebook Watch»ın kontenti bir neçə kateqoriyaya bölünüb. Bunlar «TV və filmlər», «Baxılanlar» (istifadəçinin yeni baxdığı videolar), «Yüklənənlər» (istifadəçinin öz videoları) və «Təklif olunanlar».