Dünyanın ən böyük sosial şəbəkəsini idarə edən «Facebook İnc.» şirkətinin səhmləri avqustun 26-da hərraclar zamanı 8,2 faiz bahalaşaraq 303,91 ABŞ dollarından satılıb.
Eləcə də bax: Mark Zukerberqin sərvəti - 100 MLRD. DOLLARI KEÇDİ
FED.az xəbər verir ki, bu qiymət şirkətin səhmləri üçün indiyədək qeydə alınan ən yüksək göstəricidir. Sonradan qiymətlər bir qədər azalaraq 295 dollarda sabitləşib.
İlin əvvəlindən indiyədək «Facebook»un səhmləri 48% bahalaşıb, xatırladaq ki, 2020-ci ilin əvvəlində qiymətlər 46% bahalaşıb.
Son bir ildə isə şirkətin səhmləri 66% bahalaşıb, bir il əvvəl qiymət 182 dollar idi.
Son 5 ildə «Facebook»un səhmləri 3,33 dəfə bahalaşıb, xatırladaq ki, 2015-ci ilin avqustunda səhmlər 91 dollara satılırdı.