Facebook-un səhmləri hesabatın dərc olunmasından sonra kəskin şəkildə düşməyə başlayıb. Bu hesabatda göstərilmişdir ki, Facebook- da qeydiyyatdan keçmiş istifadəçilərin yarısı saxta hesablardır.
FED.az xəbər verir ki, müstəqil tədqiqat mərkəzi PlainSite tərəfindən yayımlanan 70 səhifəlik hesabatda analitiklər qeyd ediblər ki, Facebook şəbəkəsinin baş direktoru olan Mark Zuckerberq mütəmadi olaraq investorları və ictimaiyyəti aldadır. Sosial şəbəkədəki real hesabların sayı 50% -dən artıq qiymətləndirilib.
Facebook, ayda 2 milyarddan çox aktiv istifadəçi sahibi olduğunu iddia edir. Lakin istifadəçi bazası ilə bağlı vəziyyət investorların düşündüyündən daha pisdir. “Facebook, bütün məlumat bazasının 50% -dən çoxunu aşan saxta hesablarla bağlı problemin miqyasını ictimaiyyətdən gizlədir”,- hesabatın müəllifləri bəyan edirlər.
Mark Zuckerberg dəfələrlə boynuna alıb ki, nəyin bahasına olursa olsun artıma nail olmaq, onun əsas prioritetdir. PlainSite ekspertlərinin fikrincə, dünyada ən müvəffəqiyyətli şirkətlərdən biri olan Facebook, CompuServe və AQL yolunu təkrarlayacaq.
Eləcə də bax: «Lego» oyuncaqlarına yatırım səhm və qızıldan daha sərfəliymiş – ARAŞDIRMA
Müştərilər 2 milyard aktiv istifadəçinin olduğunu bəyan edərək, sosial şəbəkədə reklam alırlar. Əgər Facebook istifadəçilərinin 50%-dən çoxu saxtadırsa, belə halda sərmayəçilər öz pulunu boşuna sərf etmiş olurlar.
Saxta hesablar ilk baxışdan çox real görünsələr də, reklamverənlər üçün böyük fəsadlar törədə bilərlər.
Bu xəbərlərin fonunda Facebook səhmlərinin qiyməti kəskin azalmaya məruz qalmışdır. Bir qədər sonra isə səhmlərin qiymətinin artması müşahidə olunub.