"Facebook"un sahibi olan "Meta" şirkətinin rəhbəri Mark Zuckerberg təxminən 10 min nəfərin işdən çıxarılacağını və 5 minə yaxın vakansiyanın ləğv ediləcəyini bildirib. İxtisarlarda məqsəd xərcləri azaltmaq və məhsuldarlığı artırmaqdır.
"Meta" şirkəti "Twitter"ə bənzər sosial şəbəkə - YARATMAQ İSTƏYİR
FED.az xəbər verir ki, şirkətin restrukturizasiya və texnologiya bölməsində ixtisar aprelin sonunda baş verəcək.
Dünyanın ən böyük sosial şəbəkə şirkəti noyabrda 11 min nəfəri işdən çıxarıb ki, bu da onun ümumi işçilərinin 13 faizinə bərabərdir.
“Facebook”, “İnstagram” və “WhatsApp”ın da sahibi olan “Meta”nın satışları reklam gəlirlərinin azalıb. (Marja)