ABŞ-ın "Meta" şirkəti ən son məlumatları paylaşmaq mümkün olacaq ayrıca sosial şəbəkə yaratmaq imkanlarını araşdırır.
FED.az xəbər verir ki, bu barədə "CNN" televiziya kanalına şirkətin nümayəndəsi bildirib.
"TikTok"da ödənişli videolar olacaq
Telekanal qeyd edib ki, planlaşdırılan sosial şəbəkə konseptual olaraq "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyir.
Bu platformanın mərkəzləşdirilməməsi planlaşdırılır, yəni istifadəçilər bir mərkəzi platforma deyil, hər birinin öz qaydaları olan müxtəlif serverlər və ya icmalar yarada biləcəklər. (Trend)