Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yanında Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işdən çıxıb.
“Aztelekom”un baş direktoru səhhətinə görə - VƏZİFƏSİNDƏN AYRILIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Fariz Cəfərov özü məlumat yayıb.
Qeyd edək ki, F.Cəfərov 10 il agentlikdə müxtəlif vəzifələrdə çalışıb. Eks-direktor pandemiya vaxtında SMS icazə sistemi, COVİD pasportlarının ticarət obyektləri, restoran və digər obyektlərdə oxunması üçün yaradılan layihələrə rəhbərlik edib.