Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Aztelekom” MMC-nin baş direktoru Klaus Müller tutduğu vəzifəni tərk edib.
Avropa Bankı “Aztelekom”a 50 milyon dollar - KREDİT AYIRIB
FED.az xəbər verir ki, o, öz təşəbbüsü ilə səhhətində yaranan problemə görə işindən ayrılıb.
Qeyd edək ki, 2016-2020-ci illərdə “Azerfon” MMC-nin icraçı direktoru kimi çalışan Klaus Müller, 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə “Aztelekom” MMC-nin baş direktoru təyin olunmuşdu.
Hazırda bu vəzifənin müvəqqəti icrası “Yüksəliş” müsabiqəsinin iştirakçısı Elçin Niyazova tapşırılıb. (Apa)