“Son 1 ildə “Azərpoçt” MMC-də optimallaşma prosesi gedir. Bizim rəqəmlər üzərindən mənfəət-zərər hesabatımıza baxsaq, əldə etdiyimiz müsbət tendensiyaların bir qismi sırf optimallaşmaya bağlıdır. Digər qismi təbii ki, yeni istiqamətləri inkişaf etdirmək, yeni biznes növləri ilə məşğul olmaqdır”.
Eləcə də bax: "Azərpoçt" mənfəətlə işləməyə başlayıb - MAAŞLARI ARTIRACAQ
FED.az xəbər veirr ki, bunu şirkətin İdarə Heyətinin sədri Əfqan Cəlilov deyib.
Onun sözlərinə görə, şirkətdə optimallaşma davam edəcək: "Optimallaşma qaçılmaz idi. Təəssüflər olsun ki, “Azərpoçt”un öz daxilində müəyyən strukturların və şöbələrin hansı məntiqlə açılması və yerləşməsi aydın deyil. Bunu etiraf etməliyik. Həmin şöbələrdə yüksək dövriyyənin olmasını, özünü doğrultmasını gözləmək çətin proses idi. Bunu nəzərə alaraq biz optimallaşmaya başladıq. Burada əsas amil odur ki, əgər burada hansısa şöbə bağlanırsa əhali xidməti onun yaxınlığında yerləşən digər şöbə vasitəsi ilə alır. Sizi inandırım ki, bizim elə şöbələrimiz var idi ki, onlar arasında məsafə 300-500 metr təşkil edirdi. Yəni məntiqsiz bir lokallaşma idi. Ona görə də bu baxımdan optimallaşma prosesi davam edəcək”. (Report)