Dünyanın ən böyük onlayn hərracı eBay 2022-ci ilin yanvar-sentyabr aylarını 1,941 milyard dollar xalis zərər ilə bağlayıb. Şirkət ötən ilin eyni dövrünü 11,639 milyard dollar xalis mənfəət ilə başa vurmuşdu.
Eləcə də bax: «Amazon»un və «Apple»nin aksiyaları çökdü - KƏSKİN UCUZLAŞMA - YENI QİYMƏT
FED.az xəbər verir ki, bu, şirkətin hesabatında bildirilir.
Yanvar-sentyabr aylarında şirkətin cəmi gəliri 6,7% azalaraq 7,285 milyard dollar təşkil edib.
eBay üçüncü rübdə 69 milyon dollar xalis zərər qeyd edib. Rüblük gəlir 4,8% azalaraq 2,38 milyard dollar təşkil edib. Analitiklər 2,33 milyard dollar gözləyirdilər.
Üçüncü rübdə aktiv alıcıların sayı 11% azalaraq 135 milyon nəfər olub.
Dördüncü rübdə şirkət 2,42-2,5 milyard dollar gəlir gözləyir. İllik gəlir proqnozu əvvəlki 9,6-9,9 milyard dollar proqnozundan 9,71-9,79 milyarda dəyişdirilib.
eBay Inc. 1995-ci ildə təsis edilib. Qərargahı Kaliforniya ştatının San Xose şəhərində yerləşir. (Marja)