Dünyanın ən byöük onlayn riteyl şirkəti olan «Amazon»un səhmləri kəskin ucuzlaşıb.
Eləcə də bax: Hindistanlı iş adamı zənginlər siyahısında - Amazonun sahibi Bezosu üstələdi
FED.az xəbər verir ki, «Amazon»un səhmləri 21% dəyər itirib, səhmlər elə kəskin ucuzlaşıb ki, bütün texnoloji şirkətlərin səhmlərini özü ilə aşağı aparıb.
Ucuzlaşmaya səbəb şirkətin rüblük hesabatının və proqnozlarının investorları məyus etməsi olub.
Apple və Amazon-un rüblük hesabatları və proqnozları investorları məyus edib. Qiymətli kağızların ucuzlaşması ümumilikdə NASDAQ Composite indeksinin 5% çökməsinə səbəb olub.
Oktyabrın 27-də ticarətin bağlanmasından sonra iki İT nəhəngi Apple və Amazon rüblük nəticələrini açıqladı. Hesabatın dərcindən sonra iPhone istehsalçısının səhmləri minimum 6% ucuzlaşaraq 136,22 dollara, Amazonun səhmləri isə 21,18% azalaraq 87,59 dollara düşüb.
Böyük şirkətlərin səhmlərinin ucuzlaşması NASDAQ Composite indeksi üzrə fyuçerslərin təxminən 5% azalaraq 10,897 bəndinə enməsinə səbəb oldu.
Amazon – satışlar artıb, ama gözlənilən qədər yox
Üçüncü rübdə Amazon satışları demək olar ki, 10% artaraq 127,1 milyard dollara çatıb, halbuki ekspertlər bu rəqəmi 127,46 milyard dollar gözləyirdilər. Eyni zamanda şirkətin xalis mənfəəti 10% azalaraq 3,2 milyard dollardan 2,9 milyard dollar, hər səhmə düşən gəlir 0,31 dollardan 0,28 dollara düşüb.
Amazon Web Services (AWS) bulud gəliri üçüncü rübdə 27% artıb – amma bu 2014-cü ildən bəri ən yavaş artımdır. AWS-də satışlar 20,5 milyard dollar olub, amma sorğuda iştirak edən analitiklər 21,1 milyard dollar gözləyirdilər.
Bölmənin əməliyyat gəliri 5,4 milyard dollar (illik 10% artım) olub, Amma yenə də StreetAccount-un sorğusunda bu rəqəmi 6,37 milyard dollar gözləyirdilər və sair.
«Amazon»un bundjan sonrakı pronozları da investorları narahat edib. Şirkət bildirirki, dördüncü rübdə 140-148 milyard dollar məbləğində gəlir gözləyir ki, bu da 2%-dən 8%-ə qədər artım deməkdir. Analitiklər isə satışların təxminən 155,15 milyard dollar olacağını gözləyirdilər.
«Apple» - «iPhone 14»lər yaxşı satılmır
«Apple» şirkəti dördüncü maliyyə rübündə (24 sentyabrda başa çatmışdır) gəliri 8% artaraq 90,15 milyard dollara çatıb ki, bu da ekspertlərin 88,9 dollarlıq gözləntilərindən yaxşıdır.
Üstəlik, şirkətin baş direktoru Tim Kuk bildirib ki, güclü dollar olmasaydı, gəlir ikirəqəmli sürətlə arta bilərdi. 25 sentyabr 2021-ci ildən 24 sentyabr 2022-ci ilə qədər (Apple-ın maliyyə ili) DXY indeksi 21% artaraq 93-dən 113-ə yüksəldi.
Dollar İndeksi (DXY) ABŞ dollarının digər altı əsas valyutanın - avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı səbətinə nisbətini göstərir.
Səhm başına düzəliş edilmiş mənfəət (EPS) də analitiklərin gözləntilərini üstələdi - 1,27 dollara qarşı 1,29 dollar. Bununla belə, investorlar iPhone-un zəif satışından məyus olublar – 42,63 milyard dollara qarşı 43,21 milyard dollar. iPad satışı da gözləniləndən də pis olub – 7,94 milyard dollara qarşı 7,17 milyard dollar.
Əvəzində «Mac» satışlarından əldə olunan gəlir ekspertlərin gözləntilərini xeyli üstələyib – 9,36 milyard dollara qarşı 11,51 milyard dollar.
“Apple Watch” və “AirPods”un da daxil olduğu “digər xidmətlərin” satışları da proqnozlardan yaxşı olub – 9,17 milyard dollara qarşı 9,56 milyard dollar.
Hazırda «Amazon»un səhmlərinin qiyməti 103,41 dollar təşkil edir.
«Apple»nin səhmlərinin qiyməti isə 155,74 dollar təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.