"Samsung" şirkəti dünyada ilk dəfə qatlanan ekranla təchiz edilən smartfonu təmsil edir. FED.az xarici mediaya istinadən xəbər verir ki, yeni telefonun təqdimatı San-Fransiskoda keçirilib.
Yeni "Samsung Galaxy Fold" smartfonu "Flex Display Infinity" ekranı ilə təchiz olunub. Ekranın diaqonalı 7,3 düymdür. Aparat kompakt qurğu olaraq dəyişə bilər.
Həmçinin, smartfon barmaq izlərini skaner edir. Mobil aparatda altı düymə var. Telefonu hazırlayanların sözlərinə görə, yeniliklər videozəng zamanı bir neçə əlavələrdən istifadə etmək imkan verəcək.
Eləcə də bax: "Xiaomi"dən 595 dollarlıq yeni - SUPER SMARTFON