Bu ilin yanvar-fevral aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 42 müraciətə baxıb.
Nərimanov rayonunun Təbriz və Ağa Neymətulla küçələrindəki açıq məkan reklamları yenilənir - FOTOLAR
FED.az agentliyə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 % çoxdur.
Son 1 ildə təmin olunmuş müraciətlərin sayı isə 20 % artaraq 12 olub.
"Reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönəlmiş fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır", - məlumatda qeyd olunub.