Dünyada mövcud texniki həllərin istənilən mobil telefonu dinləməyə imkan verməsinə baxmayaraq А5/3 şifrləməsi ilə mühafizə olunan “VoLTE” mobil şəbəkələrində danışıqlar ələ keçirilməyə qarşı ən dözümlüsüdür. Bundan başqa, dinləməni çətinləşdirən qurğular mövcuddur. Bu barədə Rusiyanın “Jet Infosystems” şirkətinin eksperti Dmitri Kuramin bildirib.
Eləcə də bax: «Facebook» yeni maraqlı funksiyanı – İSTİFADƏYƏ VERİB
FED.az xəbər verir ki, telefonların əksər hissəsi ilk növbədə rabitə operatoru tərəfində texniki uyğunsuzluq səbəbindən dinləməyə məruz qalır. “Xüsusi avadanlıq tətbiq edildiyi halda danışıqları real vaxt rejimində ələ keçirmək mümkündür. Mobil telefon danışıqlarını müxtəlif səviyyələrdə – məsələn, proqram təminatı səviyyəsində (söhbət troyan və təhlükəsizlik sisteminə gizli şəkildə yerləşdirilən digər proqramlardan gedir) dinləmək olar”, – ekspert qeyd edib.
Digər səviyyə cinayətkarlar tərəfindən sonradan dinlənilən abunəçi qurğularının qoşulduğu operator parametrlərinə uyğun baza stansiyasının yaradılmasıdır. Abunəçi tərəfindən qorunması qeyri-mümkün olan dinləmə operatorun şəbəkə infrastrukturu səviyyəsində baş verir.(Azərtac)