Nvidia, balans hesabatında 2025-ci maliyyə ilinin dördüncü rübü olaraq qəbul etdiyi 26 yanvarda sona çatan üç aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.
Dünən Berkshire Hathaway səhmləri uçdu, NVIDIA səhmləri çökdü!
FED.az xəbər verir ki, qeyd olunan dövrdə şirkətin gəliri illik müqayisədə 78% artaraq 39,3 milyard dollar təşkil edib. Nvidia, keçən ilin eyni dövründə 22,1 milyard dollar gəlir əldə etmişdi.
Nvidia gəlirini əvvəlki rüblə müqayisədə 12% artırıb.
Bazar proqnozu Nvidia-nın bu dövrdəki gəlirinin 38,05 milyard dollar olacağı idi.
2025-ci maliyyə ilində Nvidia-nın gəliri 114 faiz artaraq 130,5 milyard dollara çatıb.
Çip istehsalçısı cari rüb üçün gəlir gözləntisini 43 milyard dollar olaraq açıqlayıb.
Şirkətin mənfəəti 80 faiz artıb
Nvidia-nın xalis mənfəəti də 4-cü rübdə illik müqayisədə 80 faiz artaraq 22,1 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 12,3 milyard dollar olmuşdu.
Nvidia-nın səhmbaşına mənfəəti 2024-cü maliyyə ilin dördüncü rübündəki 49 sentdən bu dövrdə 89 sentə yüksəlib.
Şirkətin mənfəəti də bazar gözləntilərini üstələyib.
Nvidia tam 2025-ci maliyyə il üzrə 72,9 milyard dollar xalis mənfəət əldə edib ki, bu da əvvəlki hesabat ili ilə müqayisədə 145% çoxdur.
“Süni intellekt işıq sürəti ilə inkişaf edir”
Nvidia-nın qurucusu və icraçı direktoru Jensen Huang maliyyə nəticələri ilə bağlı verdiyi açıqlamada, Blackwell süni intellekt çipinə olan tələbatı "fantastik" adlandırıb.
Blackwell AI superkompüterlərinin geniş miqyaslı istehsalını müvəffəqiyyətlə sürətləndirdiklərini qeyd edən Huang, birinci rübdə milyardlarla dollarlıq satış əldə etdiklərini söyləyib. (Marja)