2020-ci ildə Çində video-oyun sənayesinin gəlirləri 278,7 mlrd. yuan (təqribən 43,2 mlrd. ABŞ dolları) olub ki, bu da 2019-cu illə müqayisədə 20,71% çoxdur.
Eləcə də bax: 2021-ci ildə noutbuklar lüks əşyaya çevriləcək – Elektronikanın Qiyməti 50% Artacaq
FED.az xəbər verir ki, bu barədə Çinin İnternet Məlumat Mərkəzinin (CINIC) açıqlamasında deyilir.
Qeyd olunur ki, son bir ildə mobil cihazlardakı oyun seqmentinin gəlirləri illik nisbətdə 32,61% artaraq 209,7 mlrd. yuana (32,6 mlrd. dollara) çatıb. Bu rəqəm ölkədəki bütün video-oyun sənayesinin ümumi gəlirinin 75,24%-ni təşkil edib.
Eyni zamanda, ötən il Çində ümumi gəlirlərin strukturundakı konsol oyunlarının payı cəmi 2% olub. Dünya bazarında bu rəqəm təxminən 28%-dir. Bununla yanaşı, CINIC Çin bazarının bu sahədə inkişaf potensialına sahib olduğunu hesab edir.
2020-ci ilin sonunadək Çində oyunçuların sayı 518 milyona çatıb ki, bu da ölkədəki ümumi internet istifadəçilərinin yarısından çoxunu təşkil edib. (Apa)