Ölkəyə idxal olunan bəzi mobil telefonların maya dəyəri dəfələrlə artıb.
Xaricdən gətirilən telefonlarla bağlı – GÖMRÜK KOMİTƏSİNDƏN AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mobil telefonların idxalı ilə məşğul olan Aqşin Məmmədzadə deyir ki, illərdir bu işi görür.
Lakin bu il qüvvəyə minən qanun işləri bir az qəlizləşdirib. Belə ki, əvvəl 8 manat 50 qəpiyə alınan düyməli mobil telefonun qiyməti gömrük və aksiz vergisi ilə birlikdə 15-16 manata başa gəlirdi. Qanunda olan yeni dəyişiklikdən sonra bu qiymət 40 manatı ötür.
Aqşin Məmmədzadənin sözlərinə görə, qanundakı dəyişiklik dəyəri 200 manatdan aşağı olan mobil telefonların satış qiymətinə ciddi təsir edir. Bu səbəbdən də 20 manat tarifi və ƏDV-nin telefonların qiymət bölgüsünə görə hesablanması daha məqsədəuyğun olardı.










