Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 20.7% artaraq 459,3 milyon manat təşkil edib.
Azərbaycan mobil internetin sürətinə görə - 7 PİLLƏ İRƏLİLƏYİB
FED.az Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 71,2%-i əhali tərəfindən istehlak olunub.
Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 37.8%-i və ya 173.7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. (Apa)