Böyük Britaniyanın “Lloyds Banking Group” şirkəti direktorlar şurasının qərar qəbul etmə prosesinə süni intellekt botunu inteqrasiya edib.
Süni intellekt ABB-yə 35 milyon manata yaxın - GƏLİR QAZANDIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “The Times” yazır. Nəşr qeyd edir ki, ölkənin ən iri banklarından biri faktiki olaraq direktorlar şurasına robotu üzv daxil edib.
Bot “Board Intelligence” tərəfindən hazırlanıb. Gözlənilir ki, süni intellektdən istifadə qərarların qəbulunda insanlara xas olan qərəzlərin qarşısını almağa kömək edəcək. Məqalədə vurğulanır ki, yeni bot məxfi məlumatlarla işləyən top-menecment üçün xüsusi hazırlanıb və kütləvi bazar analoqları — məsələn, “ChatGPT” və “Gemini” — ilə müqayisədə xeyli fərqlənir.
Ötən həftənin ortalarında “Lloyds Banking Group” həmçinin IBM ilə birlikdə kvant hesablamaları sahəsində aparılan doqquz aylıq eksperimentin uğurla başa çatdığını açıqlayıb. Layihə iştirakçıları yeni kvant texnologiyalarının iqtisadi cinayətlərin qarşısının alınmasına necə töhfə verə biləcəyini araşdırıblar.













