Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") törəmə müəssisəsi - “Azərrabitəlayihə” MMC-nin direktoru Süleyman Əhmədov vəzifəsindən azad edilib.
Eləcə də bax: "QoldenPay"də - YENİ TƏYİNATLAR
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Şükür Məmmədova həvalə olunub.
S.Əhmədov bu vəzifəyə ötən ilin aprel ayıda təyin edilmişdi.
Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,4 min manatdır. Şirkət rabitə qurğularının layihələndirilməsi üzrə ixtisaslaşıb.
"Baktelecom"un tərkibində "Azərrabitəlayihə"dən əlavə telekommunikasiya operatoru “Azeurotel” MMC də fəaliyyət göstərir. (Report)