Şəhərdə aparılan abadlıq quruculuq işləri çərçivəsində açılışı olan park, xiyaban, məktəb, bağça və ümumi sosial layihələr yerləşən ünvanlarda ətraf ərazinin estetik görünüşünə uyğun olmayan, xələl gətirən reklamlar aradan qaldırılmış, sahibkarlara eskiz layihələr təqdim olunaraq yeni reklam qurğuları quraşdırılmışdır.
FED.az ADRA-ya istinadən xəbər verir ki, bu istiqamətdə işlər şəhərin bütün küçə və prospektlərində davam etdirilir.
Bakıda 2024-cü ilin 9 ayı ərzində şəhərin estetik görünüşünə xələl gətirən, texniki tələblərə cavab verməyən, dövlət dili haqqda qanunvericilik aktlarının tələblərini pozan 9419 ədəd müxtəlif növ reklam daşıyıcısı demontaj olunmuşdur.
Qanun pozuntularının aradan qaldırılması barədə sahibkarlara 761 icrası məcburi olan yazılı göstəriş göndərilmişdir.
Regional Reklam İdarələri tərəfindən isə ümumilikdə 4767 reklamın yayımı dayandırılmışdır.