Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC ilə Cənubi Koreyanın GEOMEX şirkəti və Məkan Məlumat Sənayesinin Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
Eləcə də bax: “AzInTelecom” nizamnamə kapitalını - KƏSKİN ARTIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə nazirlik bildirir.
Memoranduma əsasən, “K-City Network 2020” proqramının “Ağıllı şəhər” (Smart City) layihəsi çərçivəsində Bakı şəhərinin Baş planı hazırlanır. Bu layihə ilə Bakı şəhərində Koreya tipli “ağıllı şəhər” həllərinin tətbiqi planlaşdırılır.
“K-City Network 2020” Koreya tipli “Ağıllı şəhər” layihəsinin müəyyən edilməsi və inkişafı üçün kompleks şəkildə dəstək təklif edən qlobal əməkdaşlıq proqramıdır. 2020-ci ildə Cənubi Koreya “Ağıllı şəhər” layihələri üzrə G2G (Government-to-Government) əməkdaşlığını inkişaf etdirmək məqsədilə “K-City Network” proqramını həyata keçirməyə başlayıb.