Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) məxsus “Azerbaijan International Telecom” (“AzInTelecom”) MMC nizamnamə kapitalını kəskin artırıb.
Eləcə də bax: Azərbaycanın mobil rabitə sektorunun gəlirləri - 14% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, şirkət kapitalını 8 146 manatdan 5 374 432 manata çatdırıb.
Məsələ ilə bağlı RİNN-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 dekabr 2021-ci il tarixli sərəncamı ilə nazirliyin strukturuna daxil olmayan Məlumat Hesablama Mərkəzi “AzInTelecom”a qoşulması yolu ilə cəmiyyət yenidən təşkil edilib. Bununla da, hər iki qurumun daşınmaz əmlakının qoşulma tarixinə qalıq dəyərinə uyğun olaraq “AzInTelecom”un nizamnamə kapitalı artırılıb.