Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində dəyişiklik olub.
Eləcə də bax: Yeni nazir keçmiş nazirin adamlarını - İşdən Çıxardı
FED.az xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin əmrinə əsasən “AzinTelekom”un direktoru vəzifəsini icra edən Leyla Məmmədova, direktor müavini Ceyhun Əliyev və maliyyə departamentinin rəhbəri Tamam Cəfərova vəzifəsindən azad edilib. (Report)