Azərbaycanın informasiya texnologiyaları (IT) məhsulları 30-dan çox ölkəyə ixrac edilir.
Azərbaycanda 200 min nəfərə yaxın İT mütəxəssis çatışmır – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu "Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu" (AZINNEX) İctimai Birliyinin sədri Fərid Kazımov Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı dəyirmi masada bildirib.
"Azərbaycanda İT sektoru son illər inkişaf etməyə başlayıb. Əvvəl ölkədə bu sahədə məhdud sayda şirkət var idi. İndi isə şirkətlərin sayı çoxdur. İT sahəsində tətbiq edilən güzəştlər bu sahədə yeni imkanlar yaradıb, ixracı artırıb. Azərbaycan şirkətləri xarici bazarlara yönəlib", - deyə o qeyd edib.
"İnnovasiyalar sahəsində ixracdan əldə edilən gəlirlər barədə araşdırma aparılıb. Ötən il İsrail İT məhsullarının ixracından 45 milyard ABŞ dolları, Belarus 3 milyard ABŞ dolları gəlir əldə edib. Azərbaycanın isə isə bu sahədə gəliri 500 milyon ABŞ dollarına çatmır", - deyə sədr əlavə edib. (Report)