Azərbaycanın yegarə poçt operatoru olan «Azərpoçt» yaxın vaxtlarda kuryer, əşya çatdırılması xidmətlərinə başlamaq niyyətindədir.
FED.az xəbər verir ki, bu barədə «Azərpoçt» MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov məlumat verib.
Onun sözlərinə görə, pandemiya «Azərpoçt»un da biznesinə ciddi təsir edib. «Belə ki, son 3 ildə 3 ildə bütün dünyada elektron ticarət və onlayn satışlar artıb».
Onun sözlərinə görə, məsələn, Qərbi Avrpada, Almaniya, Hollandiya və Britaniyada 16-70 yaşlı insanlar arasında elektron ticarətdən istifadə faiz 83-90% arasında dəyişir.
Ə.Cəlilov bildirib ki, Azərbaycanda isə bu göstərici, yəni elkktron ticarətdən istifadə əmsalı 34% faizdir: «Bu rəqəmlər həmin sahədə böyük artım potensialının olduğunu göstərir. Hesab edirik ki, bizə də buna şazırlaşmalıyıq».
Onun sözlərinə görə, söhbət məktub və teleqramların çatdırılmasından yox, əşya tərkibli malların çatdırılması və kuryer xidmətlərindən gedir.
«Biz kuryer ekspress sahəsini də analiz etmişik və göstəricilər sübut edir ki, bu gün məsələn, Yaponiyada 1 adambaşına ildə 35 çatdırılma düşür. Almaniyada bu göstərici 20-22 ətrafında, Hollandiyada təqribən 19 çatdırılma, Türkiyədə 1, Rusiyada isə ümumiyyətlə 0,6 çatdırılma təşkil edir».
«Azərpoçt» rəhbərinin sözlərinə görə, Azərbaycanda isə adambaşına düşən əşya çatdırılması xidməti 0,03 çatdırılma təşkil edir. «Başqa sözlə, bu göstəriciyə görə, Azərbaycan Türkiyə bazarından 33 dəfə, Avropa ölkələrindən isə azı 100 dəfə geri qalır. Eyni zamanda bu o deməkdir ki, Azərbaycanın bu göstərici üzrə Türkiyəyə çatması üçün 33 dəfə, Qərbi Avropa ölkələrinə çavtması üçün isə 100 dəfə artım potensialı var. Ona görə də, «Azərpoçt» bu sahədə aktivləşməyi planlaşdırır»-deyə Ə.Cəlilov bildirib.
«Azərpoçt» rəhbəri onu da bildirib ki, araşdırmalara görə, qarşıdakı illərdə poçt daşımalarının 80%-i çəkisi 2 kiloqramadək olan əşyaların və bavlamaların payına düşəcək. Ona görə də «Azərpoçt» da, o cümlədən müasir çeşidləmə avadanlıqları almaqla, buna hazırlaşır.