Azərbaycanın peyklərə sahib olması təkcə kommersiya baxımından deyil, həm də milli maraqlara xidmət etməsi baxımından mühümdür.
«Azərkosmos» rəhbəri: «10 ildə yarım milyard gəlir əldə etmişik, 90%-i xarici müştərilərindir»
FED.az xəbər verir ki, bu barədə bu gün Milli Məclisin iqtisadi siyasət və sahibkarlıq komitəsinin iclasında «Azərosmos»un rəhbəri Saməddin Əsədov bildrib.
Onun sözlərinə görə, hələ torpaqlar işğal altında olduğu zaman Azərbaycanın peyklərinin olması bu ərazilərə nəzarərə imkan verib. «Torpaqlar işğal altında olanda torpaqlarda mədəni və milli sərvətlərimizə qarşı aparıan işlər barədə məlumatlar topanıb və sübutlar kimi təqdim edilib. Buraya meşələrin qırılması, təbii ehtiyatar və sair aiddir».
«Azərkosmos» rəhbəri indi də həmin ərazilərə, o cümlədən Rusiya sülhməramlılarının olduğu ərazilərə ciddi nəzarət edildiyini bildirib: «Rusiya sülhməramlıların nəzarəti altında olan ərazilərdə nə baş verdiyini çox yaxşı görürük və əlaqədar qurumlara məlumat veririk».