Son 10 il ərzində, yəni 2013-cü ildən bəri «Azərkosmos» şirkəti peyklərin fəaliyyətindən 515 milyon manat gəlir əldə edib.
“Space X”in peykləri Azərbaycanda internet təchizatı - Həyata Keçirə Biləcək - VİDEO
FED.az xəbər verir ki, bu barədə bu gün Milli Məclisin iqtisadi siyasət və sahibkarlıq komitəsinin iclasında «Azərkosmos»un rəhbəri Saməddin Əsədov bildrib. Onun sözlərinə görə, hazırda «Azərkosmos»un peyki 42 ölkədən 182 müştəriyə xidmət edir. Bunlar Afrika, Şərqi Avropa, Mərkəzi Asiya və sair regionları əhatə edir.
«Azərkosmos» rəhbəri bildirib ki, Azərbaycan peykləri hazırda 3 istiqamətdə xidmət göstərir. Bunlar (1) peyk telekommunikasiya (peyk vaitəsilə TV radio və internet verilməsi), (2) müşahidə xidmətləri və (3) telepoçt xidmətləridir.
S.Əsədov bildirib ki, «Azərkosmos»un gəlirlərini 90%-i xarici müştəriərdən formalaşır. Belə ki, son 10 ildə 515 milyon manat gəlir əldə edilib ki, bunun da 90%-i xarici müştəridər tərəfinən dollar və avro ilə edilən ödənişlərdir
Hazırda peyklər üzərindən 200 telekanal yayımlanır. Peyklərin imkanlarından istifadə göstəricisi isə 80% təşkil edir.