2025-ci ilin yanvar ayında aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 36 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 0,1 milyon manat və ya 7,1 % çoxdur.Lakin ixrac ölkələrinin sayı 6 ölkə azalıb.
.Əsas ixrac istiqamətləri Lüksemburq, Böyük Britaniya, Misir, Türkiyə, Rusiya, Tanzaniya və Cənubi Afrika olub
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 69%-ni təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayı ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 367,3 min ABŞ dolları ilə Birləşmiş Krallıq, 335,3 min ABŞ dolları ilə Lüksemburq, 74,2 min ABŞ dolları ilə BƏƏ, 71 min ABŞ dolları ilə Almaniya və 69,5 min ABŞ dolları ilə Pakistan qərarlaşıb