Yanavr ayında Azərbaycandan qeyri-neft sektoruna aid Rusiya Federasiyasına 81,1 milyon ABŞ dolları dəyərində mal ixrac edilib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.
Bundan başqa bəhs olunan dövründə Türkiyəyə 37,1 milyon ABŞ dolları, Gürcüstana 26,5 milyon ABŞ dolları, İsveçrəyə 22,2 milyon ABŞ dolları, Ukraynaya isə 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.