«Azercell» şirkəti fərdi və korporativ müştərilər üçün bəzi paketlərini və xidmətlərini ləğv edir.
FED.az xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.
Məlumata görə 27.02.2023-cü il tarixdən etibarən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən "Duetcell" xidmətinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixədək bu xidmətə qoşulan abunəçilər xidməti deaktiv etmədikləri halda istifadəni davam etdirə biləcəklər.