"Azercell Telekom" şirkəti 24 Fevral 2023-cü il tarixindən fakturalı xətt sistemində korporativ müştərilərə təqdim edilən 33 tarif paketini ləğv edəcək.
"Azercell" yeni ildən tarifləri dəyişir – YENİ QİYMƏTLƏR VƏ ŞƏRTLƏR
FED.az şirkətə istinadən xəbər verir ki, tarif paketləri "xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tariflərin optimallaşdırılması" məqsədləri ilə ləğv edilir.
Eyni zamanda, Azercell daha əlverişli tarif paketlərinin təqdim ediləcəyini bildirir.
Növbəti tarif paketlərinə keçid etməyən abunəçilərin nömrələrindəki mövcud paket avtomatik olaraq daha əlverişli paket ilə əvəz ediləcək.