“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədilə yoluna davam edən “Azercell Telekom” MMC daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmaq, müştərilərə əlçatan olmaq üçün çoxçeşidli servis kanallarıyla istifadəçilərinin xidmətindədir.
«Azercell»in SMS paketləri və bəzi xidmətləri - LƏĞV EDİLİR - SİYAHI
2022-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3 milyondan çox zəng daxil olub. Müraciətlərin ortalama cavablama müddəti təxminən 2,5 dəqiqə təşkil edib. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və kampaniyalara dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.
2022-ci ildə Onlayn Müştəri Xidmətləri üzərindən şirkətə daxil olan sorğu sayı 1 milyondan artıq olub. Xatırladaq ki, Onlayn müştəri xidməti ölkədə ilk dəfə olaraq 2011-ci ildə məhz Azercell tərəfindən istifadəyə verilib.
Həmçinin, ötən il ərzində Azercell-in rəsmi Facebook, Instagram, Twitter, YouTube və Linkedin səhifələri üzərindən 300 minə yaxın müraciət cavablandırılıb.
Qeyd edək ki, abunəçi sorğularının cavablandırılması istiqamətində “Azercell Telekom” MMC-nin təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. Azercell-in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir.
Həftənin 7 günü, 24 saat ərzində istənilən vaxt abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.