2025-ci il ərzində Azərbaycana 457,3 milyon dollar həcmində 1 milyon 344 min ədəd smartfon idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, smartfon idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 17 milyon 369 min dollar və ya 3,9% artıb, miqdar ifadəsilə isə 165 min 473 ədəd, başqa sözlə 11% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 439 milyon 952 min dollar dəyərində 1 milyon 509 min 802 ədəd smartfon idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycana idxal edilən bir smartfonun orta idxal qiyməti 340 dollar (578 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 291 dollar (495 manat) idi. Bu da illik müqayisədə telefonun bir ədədinin 49 dollar (83 manat) və ya 16,8% bahalaşması deməkdir.










