Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən smartfon idxalı dayanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana satış məqsədilə mobil telefon idxal edilməyib.
Xatırladaq ki, mobel telefonlar yaranandan bəri Birləşmiş Ərəb Əmirliyi, xüsusilə də Dubay şəhəri Azərbğaycana mobil telefon və smartfonların gətirildiyi istiqamətlərdən biri idi.
Amma son illər bu sahədə aparılan işlər nəticəsində Dubaydan Azərbaycana gətirilən telefonların sayı sürətlə azalaraq bu il tamam kəsilib.
Xatırladaq ki, 2023-cü il ərzində Dubaydan Azərbaycana 235,2 min dollar dəyərində 226 ədəd smartfon gətirilmişdi. Dubaydan gətirilən smartfonların orta qiyməti 1 769 manata bərabər olub.
2024-cü ildə isə 2024-cü ildə Birləşmir Ərəb Əmirliklərindən Azərbaycana 209,6 min dollar dəyərində cəmi 416 ədəd smartfon idxal edilib. Bir smartfonun orta qiyməti 1041 manat olub.
Bu 2023-cü illə müqayisədə say baxımından 190 ədəd və ya 84% çox olsa da, dəyər baxımından 25,5 min dollar və ya 10,9% azdır.
2025-ci ildən başlayaraq Azərbaycana BƏƏ-dən smartfon ümumiyyətlə dayanıb.
Maraqlıdır ki, 2022-ci ildə Azərbaycan özü BƏƏ-yə ümumi məbləği 594,6 min dollar olan 4 101 ədəd smartfon ixrac edib.