Azərbaycanın texnoloji məşhsul və xidməğtlərin satışı ilə məşğul olan «ATL TECH» MMC şirkətinin satışları ötən il kəskin azalıb.
Eləcə də bax: Azərbaycanın aparıcı İT şirkəti ölkə xaricində 5,5 milyon manat - GƏLİR ƏLDƏ EDİB
FED.az hşirkətin illik hesabatına istinadən xəbər verir ki, 2020-ci ildə şirkətin satışları və əməliyyat gəliri 6,2 milyon manato olduğu halda 2021-ci ildə bu göstərici 29%-ə yaxın azalaraq 4,4 milyon manata enib. Şirkətin cəmi gəlirləri isə 6,4 milyon manatdan təqribən 4,5 milyon manata düşüb.
Bu vəziyyətdə «ATL TECH» MMC xərclərini azaltmalı olub, eləcə də satılan malların dəyərini azaldıb. Ötən il şirktədə yalnız əmək haqları artıb – əmək haqqı fondu təqribən 56% artaraq 782 min manatdan 1 milyon 218 min manata yüksəlib.
Əvəzində «ATL TECH» MMC-nin satdhığı mallar kəskin ucuzlaşıb. 2020-ci ildə şirkətin satdığı malların dəyəri 4 milyon 67 min manat olmuşdusa, 2021-ci ildə bu göstərici 2,2 dəfə azalaraq 1 milyon 817 min manata enib.
Digər qənaətləri də nəzərə aldıqda, 2021-ci ildə şirkəti ümumi xərcləri mənfəətə çıxacaq həddə gətirilib – 4 milyon 98 min manat. 2020-ci ildə isə «ATL TECH» MMC-nin cəmi xərcləri 5 milyon 964 min manat olmuşdu.
Nəticədə «ATL TECH» MMC 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də ili demək olar ki, eyni məbləğdə - 369 min manat ümumi mənfəətlə tamamlayıb. Vergi ödənişlərini çıxdıqdan sonra şirkətin illik xalis mənfəəti 295 min manat olub. 2020-ci ildə isə xalis mənfəət 297 min manat olmuşdu.
2020-ci illə müqayisədə «ATL TECH» MMC-nin aktivləri də azalıb – şirkət «kiçilib» - hesabatdan aydın olur ki, 2020-ci ilin sonunda şirkətin aktivləri 2,7 milyon manat olduğu halda, 2021-ci ilin sonunda bu göstərici 2,2 milyon manata enib – 18% azalma. Azalmanın əsas səbəbi şirkətdə pul vəsaitlərinin aşağı düşməsidir – hesablaşma hesabındakə vəsaitlər 3 dəfə azalaraq 373 min manatdan 123 min manata enib valyuta hesabındakı vəsaitlər isə 400 min manatdan 3 min manata enib.
Gəlirlərin və mənfəətin azalmasına baxmayaraq şirkət dividend ödənişindən imtina etməyib, üstəlik dividendin məbləği xalis mənfəətdən artıq olub. 2020-ci ildə şirkət 333 min manat, 2021-ci ildə isə 438 min manat dividend ödənişi elvan edib.
Bu səbəbdən şirkətin kapitalı da təqribən 2 dəfə azalaraq 412 min manatdan 213 min manata enib.