“Bestcomp Group” 2021-ci ili 9 milyon 10 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2020-ci ili 9 milyon 704 min manat xalis mənfəət ilə bağlamışdı (ötən il xalis mənfəəti 7,2% azalıb).
Eləcə də bax: AzTV-nin xalis zərəri - 10% ARTIB
Ötən il “Bestcomp Group” ölkə hüdudlarından kənarda 5 milyon 488 min 902 manat gəlir əldə edib.
2021-ci ildə “Bestcomp Group”un cəmi gəlirləri 118 milyon 983 min 691 manat, cəmi xərcləri 109 milyon 973 min 260 manat təşkil edib. 2020-ci ildə şirkətin cəmi gəlirləri 124 milyon 805 min 31 manat, cəmi xərcləri 115 milyon 100 min 674 manat təşkil etmişdi.
1995-ci ildə yaradılan “Bestcomp Group” şirkəti Cənubi Qafqaz və Orta Asiyanın aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, “Bestcomp Group” geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir.
“Bestcomp Group” 2020-ci və 2021-ci ildə Tacikistanda tenderdə qalib olub. (Marja)