Bu ilin yanvar aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 73,6 mln. manat təşkil edib.
Eləcə də bax: Mobil rabitə sektoru ötən il 1 milyard manata yaxın - Gəlir Əldə Edib
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5%-dək azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 41,4%-ni təşkil edib.
"Cari ilin ilk ayında informasiya və rabitə müəssisələri tərəfindən 177,8 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,1%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin yanvar ayı ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvarında real ifadədə 5,1% azalıb", - deyə komitədən bildirilib. (Apa)