Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 300,9 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycana mobil telefonların idxalı - Kəskin Artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42%-ni təşkil edib.
"Cari ilin ilk dörd ayında informasiya və rabitə müəssisələri tərəfindən 716,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,2%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 3,8% artıb", - komitədən bildirilib. (Apa)