Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 42,7 % təşkil edib.
FED.az bu barədə"Statcounter" agentliyinin avqust hesabatına istinadən verir.
Buu, iyul ayına nisbətən 8,69 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 17,21 faiz bəndi çoxdur. Ötən ay bu göstərici 34,01 %, 1 il əvvəl 25,49% olub
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 0,97 faiz bəndi, illik isə 13,04 faiz bəndi azalıb.
Avqust ayında sosial şəbəkənin Azərbaycandakı payı 30,76%-ə bərabər olub. Bir ay öncəsində isə bu rəqəm 31,73 % bir il əvvəl isə 43,8%-ə bərabər olub.
Növbəti yerdəki "YouTube"un bazar payı 10,27 % olub. Platformanın bazar payı ay ərzində 5,04 faiz bəndi ay ərzində 5,04 faiz bəndi azalsa da il ərzində 2,20% bəndi artıb. İyul ayında platformanın payı 15,31 % ötən ilin avqust ayında isə 8,07%-ə bərabər olub.
Dördüncü pillədəki "X"in bazar payı aylıq 0,10 faiz bəndi, illik müqayisədə isə 1,30 faiz bəndi artaraq 7,2 % təşkil edib. Bir ay əvvəl sosial şəbəkənin bazar payı 7,1 %, bir il öncə 5,9 % olub.
İlk beşliyi 6,15 %-lik bazar payı ilə "Pinterest" tamamlayır. Sosial şəbəkənin bazar payı aylıq 0,91 faiz bəndi, illik müqayisədə isə 6,28 faiz bəndi azalıb. Sosial şəbəkənin iyul ayındakı bazar payı 7,06%, ötən ilin avqustund isə 12,43 %-ə bıərabər olub.