Azərbaycanın mobil telefon bazarında sentyabr ayı üzrə avqust ayı ilə müqayisədə maraqlı dəyişikliklər müşahidə olunub.
Azərbaycan planşet bazarında "Apple" gerilədi - BAZAR PAYI AZALDI
FED.az xəbər verir ki, liderliyi qoruyan "Samsung" sentyabrda 26,47% bazar payı ilə öndə qalsa da, avqustdakı 26,54%-lik göstəricidən cüzi olaraq 0,07 faiz bəndi geriləyib.
Bazarın ikinci ən böyük oyunçusu olan "Tanınmayan markalar" kateqoriyası isə 24,09%-dən 22,93%-ə enərək 1,16 faiz bəndi itirib. Bunun əksinə olaraq, "Apple" markası güclü artım nümayiş etdirib, avqustdakı 18,52%-dən 20,03%-ə yüksələrək 1,51 faiz bəndi irəliləyiş əldə edib. "Xiaomi" isə 19,71%-dən 19,44%-ə enərək 0,27 faiz bəndi azalma ilə nəticələnib.
Digər markalara gəldikdə, "Honor" avqustda 4,34% bazar payına sahib idisə, sentyabrda bu göstərici 3,92%-ə düşüb, yəni 0,42 faiz bəndi geriləyib. "Huawei" isə əksinə, 1,39%-dən 1,52%-ə qalxaraq 0,13 faiz bəndi artım göstərib. "Oppo" 1,26%-dən 1%-ə enib (0,26 faiz bəndi azalma), "Realme" isə 0,88%-dən 0,68%-ə geriləyərək 0,20 faiz bəndi itirib.