Azərbaycanın planşet bazarında son aylarda rəqabət daha da güclənib və istehlakçı seçimləri bazar paylarının dinamikasına birbaşa təsir göstərib. Avqust və sentyabr aylarını müqayisə etdikdə, bəzi markaların liderliyi möhkəmləndiyi, bəzilərinin isə payının azaldığı açıq şəkildə görünür.
"Milliön şans" lotereyasına möhtəşəm hədiyyələrlə - START VERİLDİ!
FED.az xəbər verir ki, sentyabr ayında "Samsung"un bazar payı 41,59%-ə yüksələrək lider mövqeyini qoruyub, bu isə avqust ayı ilə müqayisədə 0,26 faiz bəndi artım deməkdir. "Apple" markasında isə azalma müşahidə olunub: avqustda 31,72% olan bazar payı sentyabrda 30,49%-a düşərək 1,23 faiz bəndi geriləmə göstərib. "Xiaomi"nin bazar payı da 12,46%-dan 11,63%-ə qədər azalıb, bu da 0,83 faiz bəndi fərq deməkdir.
Maraqlıdır ki, tanınmayan markalar kateqoriyası bazar payını artıraraq avqustdakı 5,53%-dən sentyabrda 6,97%-ə yüksəlib, yəni 1,44 faiz bəndi artım qeydə alınıb. Honor markasında isə pay 5%-dən 4,52%-ə qədər azalıb. Lenova 0,67%-dən 0,47%-ə, Acer isə 0,28%-dən 0,23%-ə düşərək azalma göstərib.