2023-cü ildə Azərbayanda ümumilikdə 1 498 poçt şöbəsi fəaliyyət göstərib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən 14 rayonda poçt şöbələrinin sayı 10-dan aşağıdır.
Bunlardan Xocalı, Xocavənd, Şuşa, Laçın və Qubadlıda hələlik cəmi 1 poçt şöbəsi fəaliyyət göstərir.
Xızı, Naftalan, Cəbrayıl və Zəngilanda bu göstərici 2-dir. Kəlbəcər ərazisində isə poçt şöbəsi var.
Ötən ilin sonuna olan məlumata əsasən Siyəzəndə 5, Hacıabulda 6, Şirvanda 7, Qobustanda isə 8 poçt şöbəsi olub.