2023-cü ildə Azərbayanda ümumilikdə 1 498 poçt şöbəsi fəaliyyət göstərib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən ərazisində 227 poçt şöbəsi fəaliyyət göstərən paytaxt Bakı şəhəri həmişə olduğu kimi liderdir.
İkincilik isə 38 şöbə ilə Şəmkir rayonuna məxsudur.
Lənkəranda poçt şöbələrinin sayı 34, Yevlax və Sabirabadda 32, Masallı və Şəkidə 30-dur.
17 rayonda isə bu say 20 və 20-dən yuxarıdır. Onlarda 3-ü isə siyahının top onluğuna düşüb. Belə ki, Göyçayda 27, Gədəbəy və Beyləqanda isə 26 poçt şöbəsi var.