İKT

“Azərbaycanın ən yaxşı startapı” adını hansı komanda qazanacaq?

“Azərbaycanın ən yaxşı startapı” adını hansı komanda qazanacaq? | FED.az
15:03 5 İyun 2019

“Azercell Telekom” MMC-nin dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 15-16 iyun tarixlərində startaplar arasında ”Seedstars World” müsabiqəsinin yerli seçimləri keçiriləcək. Ölkəmizdə 7-ci dəfə baş tutacaq bu yarışma inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirməyə kömək edəcək.
Eləcə də bax: Azərbaycanda yeni startap var – YÜKSƏK GƏLİR GƏTİRƏCƏK


Müsabiqənin qalibi seçilən startap Azərbaycanı “Seedstars CEE” regional sammitində təmsil etməklə yanaşı, bütün xərclər qarşılanmaqla, İsveçrədə keçirilən “Seedstars World” yarışmasına qatılmaq, bununla da, “Seedstars Global Winner” adı və 500000 ABŞ dolları dəyərində sərmayə yatırımı qazanmaq uğrunda mübarizə aparacaq .

Startaplar 9 iyun tarixinədək aşağıda qeyd edilən ünvana ərizə ilə müraciət edərək, müsabiqədə iştirak etmə imkanı qazanacaqlar: https://seedsta.rs/ssw19-baku  

Ərizə qəbulu bitdikdən sonra, “Seedstars” komandası təlimdə iştirak etmək və investorlarla üz-üzə görüşmək üçün 10-a yaxın ən yaxşı startapı seçəcək.

Qeyd edək ki, “Seedstars” inkişaf etməkdə olan ölkələrdə regional məsələlərin həllini hədəfləyən, onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır.

Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələrin, yaranmaqda olan startapların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 7 ildir ki, “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Daha ətraflı məlumat üçün [email protected]  ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Digər xəbərlər