Sosial şəbəkələrdə “VPN” proqramından istifadə edən şəxslərin cəmilənəcəyi ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, rabitədən istifadə üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə, fiziki şəxslər 30 manatdan 60 manatadək, vəzifəli şəxslər 100 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimələnəcək.
Eləcə də bax: Azərbaycanda ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə - Xəbərdarlıq Edilib
FED.az xəbər verir ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiylar Nazirliyinin mətbuat katibi Günel Gözəlova qurumun bu istiqamətdə iş aparmadığını bildirib: “Təkcə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribat fonunda yox, ümumilikdə bu və ya digər formada nazirlik inanların kibermühitdə özünü necə aparması, nələrdən qoruması gərəkdiyi ilə bağlı məlumat yaymışdıq.
Həmin məlumatlarda hansı məsələlərə diqqət edilməsi ilə bağlı məqamlar qeyd olunub.
Lakin nazirlik sözgedən tətbiqlərdən istifadə edən şəxslərin cərimələnməsi istiqamətində hər hansı bir iş aparmır və bu, nəzərdə tutulmayıb. Çünki NRYTN kimlərisə cərimələyə bilməz”.
Nazirlik rəsmisi vətəndaşları dəqiq olmayan məlumatlara inanmamağa çağırıb: “Vətəndaşların indiki məqamda rəsmi qurumların adından yayılan, səhih olmayan heç bir informasiyaya etibar etməməyə və belə informasiyaları paylaşmamağa çağırırıq.
Onsuz da nazirlik istənilən informasiyanı kütləvi informasiya vasitələri, nazirliyin rəsmi saytı və ya nazirliyin sosial şəbəkələrdəki hesabları vasitəsilə ötürür. Vətəndaşların nəzərinə bir daha çatdırırıq ki, rəsmi mənbələrimizdən olmayan məlumatlara inanmasınlar”. (Mediapost)