2026-cı ilin sonuna 1 milyon vətəndaşın digital şəxsiyyət vəsiqəsindən istifadə etməsi planlaşdırılır.
Şəxsiyyət vəsiqəsi ilə bağlı mühüm yenilik – ÜSTÜMÜZDƏ GƏZDİRMƏYƏ EHTİYAC OLMAYACAQ
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: rəqəmsallaşma və ətraf Mühitə Təsiri" Beynəlxalq tədbirində deyib.
Onun sözlərinə görə, əhalinin 65 %-ni isə rəqəmsal vərdişlərinə yiyələnməsini hədəfləyirik: “2024-cü ilin sonuna isə ev təsərüffatlarını yüksək sürətli internetlə təmin etməyi planlaşdırırıq”. (Report)