2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqısı 1 353.4 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda metro işçilərinin maaşı 1 057 manatdır – RƏSMİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Ötən ilin eyni dövründə bu sektorda çalışanların orta aylıq əməkhaqqısı 1 149.3 manat olub ki, bu da illik müqayisədə 17.8% artım deməkdir.
O cümlədən nəşriyyat fəaliyyəti sahəsində çalışanların orta aylıq əməkhaqqısı 622.8 manat (əvvəlki ilə nisbətən 22.4% çox), kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət sahəsində çalışanlarda 919.2 manat ((əvvəlki ilə nisbətən 7% çox), proqramların tərtib edilməsi, radio və televerilişlərin translyasiya edilməsi ilə əlaqədar fəaliyyət sahəsində çalışanlarda 944.4 manat (əvvəlki ilə nisbətən 6% çox), rabitə sahəsində 1 500.5 manat (əvvəlki ilə nisbətən 21% çox), proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət sahəsində 1 710.6 manat (əvvəlki ilə nisbətən 8.3% çox), informasiya xidmətləri fəaliyyəti sahəsində 1 418.3 manat (əvvəlki ilə nisbətən 25.2% çox) təşkil edir.