Azərbaycanda videokonfransların təşkili üçün pulsuz veb-platforma (meet.yer.cloud) istifadəyə verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu layihə rəhbəri Rəşad Əliyev deyib.
Eləcə də bax: «Zoom»un rüblük gəlirləri ilk dəfə – 1 MİLYARD DOLLARI KEÇDİ
Onun sözlərinə görə, "Zoom"un iş prinsipi ilə fəaliyyət göstərən bu platformanın fərqli cəhəti ondan ibarətdir ki, onlayn konfransların bütün məlumat bazası xaricdə deyil, ölkə daxilində saxlanılır.
"İstifadəçi videokonfrans yaradıb linkini paylaşa bilər. Videokonfransa qeyri-məhdud sayda iştirakçı qatıla bilər. Bütün proseslər veb-platforma üzərində qurulduğu üçün əlavə proqramın quraşdırılması tələb olunmur", - deyə R. Əliyev əlavə edib.